08 Sentyabr 2024

Madriddə qocalar evində partlayış, ölənlər və yaralılar var – YENILƏNDİ VİDEO

İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən binada baş verən partlayış zamanı azı altı nəfər xəsarət alıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən məlumat verir.

Şəhər polisi partlayış nəticəsində bir neçə nəfərin öldüyünü bildirib.

Qeyd olunub ki, qaz sızması nəticəsində baş verən hadisə qocalar evində qeydə alınıb.

****

İspaniyanın paytaxtı Madrid şəhərində partlayış olub.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, partlayış şəhərin mərkəzində yerləşən binada qeydə alınıb.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.