08 Sentyabr 2024

Məşhurların 20 Yanvar faciəsi ilə bağlı paylaşımları FOTOLAR

Bu gün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciədən 31 il ötür. Tanınmışlar həmin faciəni bir daha xatırladaraq sosial şəbəkələrdə paylaşımlar ediblər.

Musavat.com onlardan bir neçəsini təqdim edir.

Xalq artisti, müğənni Flora Kərimova 20 Yanvara həsr olunan “Ağla, qərənfil, ağla” mahnısını paylaşıb.

Xalq artisti Nazpəri Dostəliyeva isə paylaşımımda qeyd edib: “20 yanvar 1990-cı il. Şəhidlərimizi qürur və ehtiramla anırıq!”

Xalq artisti, ustad xanəndə Mənsum İbrahimov “20 Yanvar, Milli iradəmizin zəfər çaldığı gün” paylaşımını edib.

Xalq artisti, aktirsa Firəngiz Mütəllimova 20 Yanvarı əks etdirən paylaşımında qeyd edib: “Milli-azadlıq və müstəqillik uğrunda mübarizəmiz vətənimizin bütövlüyünün bərpası ilə tamamlandı!”

Xalq artisti, aktrisa Məleykə Əsədova isə 20 Yanvar faciəsinə həsr olunan şeir-klipini paylaşaraq, qeyd edib: “Qanlı 20 Yanvar gecəsi! O gün xəstəxanada yatırdım. Gecə silah səslərinə yuxudan oyandıq. Qışqırtı, ağlamaq səsləri indi də qulağımdadır. Xəstəxanaya çoxlu yaralılar gətiridilər. Dünyasını dəyişənlərin doğmalarının göz yaşları, bizim göz yaşlarımız, bunları heç vaxt unutmarıq!

Bəli rus ordusu Azərbaycanımızda dinc əhalini, günahsız insanları gecə yarısı güllələyirdi. Gözəl Bakımızı dağıdırdılar… Yaddaşlara həkk olundu, o qanlı gecə! Allah 20 Yanvar gecəsində həlak olanlara, Birinci Qarabaq müharibəsində, Vətən müharibəsində dünyasını dəyişmiş bütün şəhidlərə rəhmət etsin!”

Xalq artisti, müğənni Zülfiyyə Xanbabayeva qeyd edib: “20 Yanvar 1990-cı il. Milli iradəmizin zəfər çaldığı gün!”

Xalq artisti Röya Ayxan 20 Yanvar faciəsi ilə bağlı paylaşımında qeyd edib: “Biz sizi unutmayacağıq!”

Aparıcı Nərgiz Cəlilova isə 20 Yanvar hadisələri ilə bağlı video paylaşaraq qeyd edib: “20 yanvar, 1990-cı il! Tariximizin qanlı və şanlı səhifəsi. 20 yanvar şəhidlərimizə Allahdan rəhmət diləyirəm!”

Sənətçi Nura Suri də 20 Yanvar həqiqətlərini əks etdirən paylaşım edib.

Xalidə Gəray,
Musavat.com