Məşhur fotoqraf Reza Deqati İstisuda – Fotolar
Dünyaca məşhur fotoqraf Reza Deqati Qarabağın gözəl guşələrindən paylaşımlar etməkdə davam edir. Musavat.com bildirir ki, fotoqraf bu dəfə işğaldan azad olunan Kəlbəcərin İstisu sanatoriyasında olub. Reza Deqati İstisudan fotolar paylaşaraq, qeyd edib:
“Minlərlə xəstəlik üçün dərman. Yerli adı “İsti su” olan Kəlbəcərin bu qaynar bulaqları milyonlarla insanın üz tutduğu yerlərdən biri olub. Sovet dövründə bu rayon ən çox təriflənən, müxtəlif növ isti su mənbələri olan sanatoriyalardan biri olub. Erməni qoşunları tərəfindən işğal olunmuş ərazi 28 il ərzində boşaldılıb. Dağların və təbii ehtiyatların gözəlliyi nəfəskəsicidir”.
Musavat.com