Məktəblərdə kiçik summativ qiymətləndirilmə dayandırılır
“Kiçik summativ qiymətləndirilmənin hələlik dayandırılmasını tövsiyə edirik”.
Media1.az Musavat.coma istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, əsas diaqnostik qiymətləndirilmə keçirilməlidir: “Bir dəfə məktəbdaxili qiymətləndirmənin aparılması sırf karantin dövrü ilə əlaqədar idi. Artıq əyani tədris qismən bərpa olunur və hesab edirəm ki, yaxın gələcəkdə məktəblərdə kiçik və böyük summativ qiymətləndirmənin keçirilməsi real ola bilər”.