24 Aprel 2025

Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət xadimləri Ulu Öndərin məzarını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət xadimləri Ulu Öndərin məzarını ziyarət edib.

Musavat.com xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, nazirliyin rəsmiləri və yaradıcı təşkilatların rəhbərləri Fəxri Xiyabanda Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.