19 Aprel 2024

Mədəniyyət Nazirliyi xalq artisti Yalçın Rzazadə ilə bağlı paylaşım edib -VİDEO

Mədəniyyət Nazirliyi Xalq artisti Yalçın Rzazadə ilə bağlı paylaşım edib.

Media1.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən sənətkarın xatirəsinə böyük ehtiram ifadə olunub:”Musiqi mədəniyyətimizə böyük məhəbbət və sıx bağlılıqla səciyyələnən yaradıcılıq fəaliyyəti, ürəyəyatan səsi və orijinal ifa tərzi ilə musiqisevərlərin və xalqımızn məhəbbətinin qazanan tanınmış müğənni Yalçın Rzazadəni unutmayacağıq.”-deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Y. Rzazadə uzun sürən xəstəlikdən sonra fevralın 22-də 75 yaşında vəfat edib.

Xalq artisti bu gün Lənkəranda dəfn olunub.