Lukaşenko: “Son OMON-çu getməyimi istəməyənədək prezident postunu tərk etməyəcəyəm”

Son OMON-çu hakimiyyətdən getməyimi istəməyənədək prezident postunu tərk etməyəcəyəm.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk şəhərinin Daxili İşlər İdarəsinin OMON dəstəsi ilə görüşündə bildirib.
“Son OMON-çu mənə “Get!” deməyənə qədər sizinlə çiyin-çiyinə bu ölkədə möhkəm dayanacağam, çünki nə sizin, nə də mənim bu ölkədən başqa heç nəyimiz yoxdur”, – deyə Belarus Prezidenti qeyd edib.
Belarus OMON-çuları A. Lukaşenkoya xüsusi xidmətlərinə görə qara beret təqdim ediblər. Belarusun dövlət başçısı da öz növbəsində hüquq-mühafizə orqanının əməkdaşlarına dövlət mükafatlarını təqdim edib.