Layihə çərçivəsində “Uşaqların təhlükəsizliyi və müharibədən zərərçəkmiş uşaqları müdafiə və sosial xidmətlər” mövzusunda Təlim keçirilmişdir
“Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı müharibəsindən zərərçəkmiş uşaqların müdafiəsi tədbirləri” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini postmüharibə dövründə sosial mütəxəssislərin bilik və bacarıqlarını artırmaqla, uşaq hüquqlarının qorunması, təbliği işini həyata keçirmək və uşaq hüquqlarının müdafiə olunmasında sosial mütəxəssislərin və psixoloqlarının rolunun gücləndirmək təşkil edir.
Layihə çərçivəsində Tərtər rayonunda layihənin icra olunduğu rayonlar üzrə fəaliyyət göstərən sosial mütəxəssislərin iştirakı ilə təlim keçirilib. Tədbiri Tərtər rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Rəqsanə Quliyeva açaraq, təlim iştirakçılarını salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, sosial mütəxəssislər üçün belə təlimlərin keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, layihə rəhbəri Zaur Quliyev təlimin məqsəd və vəzifələri, təlim çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat vermiş, Vətən müharibəsində qələbəmizin qazanılmasında igid oğullarımızın qəhrəmanlığından söz açmış, post müharibə dövründə sosial mütəxəssislərin üzərinə də ciddi və məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib.
Layihə üzrə ekspert, sosial iş üzrə mütəxxəsis, UNİSEF-in uşaqların müdafiəsi və sosial xidmətlər üzrə milli məsləhətçisi Elmir Valehli uşaqların müdafiəsi tədbirləri çərçivəsində sosial xidmətlərin əhəmiyyəti, həssas uşaqlara göstərilən sosial iş və sosial xidmətlərin gücləndirilməsi:yerli və beynəlxalq təcrübələrin müqayisəsi, Ermənistanın Azərbaycana qarşı müharibəsindən zərərçəkmiş uşaqların vəziyyəti, sosial işin rolu və reabilitasiya xidmətləri, müharibənin təsirlərinin azaldılması üçün sosial dəstək, uşaqların təhlükəsizliyinin təmin edilməsində sosial xidmətlər,təhlükəsizlik tədbirləri və qoruma mexanizmləri, riskli qruplarla iş təcrübəsi və qarşılaşan çətinliklər, sosial iş və sosial xidmətlərin gücləndirilməsi, sosial işçilərin rolu və onların fəaliyyətinin inkişaf etdirilməsi, sosial xidmətlərin inteqrasiyası və effektivliyi, həssas uşaqlara sosial xidmətlərin göstərilməsində uğurlar və çətinliklər, sosial işin inkişafı və yeni yanaşmalar mövzusunda təqdimatlar etmiş, maraqlı qrup işləri, rollu oyunlar təşkil edilib, təkliflər ətrafında müzakirələr təşkil olunmuşdur.
Tədbir iştirakçıları vacib və aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, sosial-psoxoloji və emosional baxımdan sağlam böyüməsində mühüm rolu olduğunu ifadə etmişlər.
Sonda iştirakçılara iştirakçı sertifikatları təqdim edilmiş, xatirə fotoşəkili çəkilmişdir.
“Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi.