28 Avqust 2025

Layihə çərçivəsində uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu müzakirə olunacaqdır

    “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu” layihəsini həyata keçirir.  Layihənin əsas məqsədini  uşaq hüquqlarının qorunması və təbliği işini həyata keçirməkdə sosial mütəxəssislərin rolunun gücləndirməsi təşkl edir.

    Qəbələ, Zaqatala və  Qax rayonlarında sosial xidmətlər göstərən və  bölgələrdə uşaqlara sosial- psixoloji dəstəyin göstərilməsi istiqamətində  fəaliyyətlərin keçirilməsi üçün müvafiq görüşlər keçirilib, uşaqların  təhlükəsizliyi və sosial xidmətlərin rolu haqqında  buklet  çap olunmuşdur.

    Layihənin  çərçivəsində   icra planına uyğun olaraq,  iyul ayı ərzində  Qəbələ, Zaqatala və  Qax rayonlarında sosial xidmət  əməkdaşları üçün dəyirmi masa təşkil olunacaqdır.  Dəyirmi masada  sosial mütəxəsislərin rolunun gücləndirilməsi, uşaqların sosial mühitə inteqrasiya olunmasıın təşkilində  və hüquqi, sosial-psixoloji dəstəyin həyata keçirilməsində sosial mütəxəssislərin rolu məsələləri müzakirə ediləcəkdir. Hər rayon üzrə tədbirdə 20 sosial- psixoloji xidmət göstərən mütəxəssis iştirak edəcəkdir.

  “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi