16 Sentyabr 2024

Laçında 2 hərbçimiz həlak oldu – RƏSMİ

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!