22 Dekabr 2024

Laçın yolundakı postla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: “Ruslar istəyir ki…”

“Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra Rusiya sülhməramlılarının komandanı Volkovun Lentsovla əvəzlənməsi “Moskva nə etmək istəyir” sualını da aktuallaşdırdı. Moskvanın Qarabağdakı maraqları fonunda Bakının post gedişinin ruslar tərəfindən xoş qarşılanmadığı bəllidir, bu baxımdan, Lentsovu bölgəyə göndərən Kremlin situasiyanı dəyişmək istəyəcəyi gözləntisi var”.

Musavat.com xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

asif.jpg (313 KB)

Ekspert bildirib ki, sərhəd-keçid məntəqəsindən Azərbaycan əsgərini çıxara, qaldırılan bayrağı endirə bilməyəcəkləri reallığı fonunda rusların Volkovu niyə əvəzlədiyi və nəyə nail olmaq istədiyinə fərqli kontekstdə yanaşmaq olar:

“İstisna deyil ki, ruslar Laçın yolunun girişinə qoyulan postda Azərbaycan əsgəri ilə birlikdə dayanmaq istəyirlər. Hazırda danışıqların bununla bağlı aparıldığına dair məlumatlar da var. Rəsmi Bakı sərhəd-keçid məntəqəsinin fəaliyyətində Rusiya sülhməramlıları ilə əməkdaşlıq ediləcəyini açıqlamışdı, lakin bu əməkdaşlığın hansı formada olacağı hələlik bəlli deyil.

Hərçənd, Volkovun geri çağırılmasının Bakı ilə müzakirələrdən qaynaqlandığı ehtimalı azdır, çünki süıhməramlıların komandanı postunda kim olmasından asılı olmayaraq, ilk dövrlərlə müqayisədə proseslərə təsir imkanı minimuma enib. Bu baxımdan, Volkovun əvəzlənməsi Bakının addımına görə “günahkarın cəzalandırılması”, ermənilərə “baş verənlər Volkovun bacarıqsızlığından qaynaqlanır, Lentsov problemləri həll edəcək” mesajının verilməsi kimi görünür”.