26 Aprel 2024

Laçın şəhəri Azərbaycanın nəzarətinə keçir

Son məlumata görə, hazırda Laçında 3-4 ailə olmaqla 20 erməni qalıb. Bunu Laçının qondarma administrasiyanın rəhbəri Narek Aleksanyan deyib. Onun sözlərinə görə, qanunsuz məskunlaşmış ermənilər şəhəri ən geci avqustun 24-də tərk edəcəklər: “Laçını tərk edənlərin əksəriyyəti Ermənistan ərazisinə köçüblər. Bir neçə nəfər Xankəndinə və Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının məsuliyyətində olan rayonlarda yerləşiblər. Qalanlar ərzaq dükanlarının sahibləridir. Köçənlər isə yaşayış yeri ilə təmin olunub” deyə, N.Aleksanyan deyib.

Yeri gəlmişkən, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın növbəti görüşünün yeri və vaxtı bəlli olub. Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi açıqlama verib ki, görüş avqustda Moskvada keçiriləcək.

Mövlud Çavuşoğlu Polşada həmkarı ilə görüşüb - Türkiye'nin haber kaynağı

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global”a müsahibəsində Laçın dəhlizi, Laçında, Zabuxd və Susda qanunsuz məskunlaşmış ermənilər və digər məsələlər haqqında danışıb. Nazir qeyd edib ki, Azərbaycan qısa zaman çərçivəsində mövcud Laçın dəhlizinə paralel şəkildə yeni yol çəkdi və sülhməramlılar da bu yolda olacaq: “Çünki digər yol Laçın şəhərinin içindən keçir. Ən son bu yaşayış yerlərindən çəkilərkən Azərbaycanın bir müdaxiləsi oldu və bu haqlı bir müdaxilə idi. Ermənilər buraları yandırırlar və eynilə Birinci Qarabağ müharibəsində etdikləri kimi, insanlığın utanacağı işlər görürlər. Ermənistan dərs götürməlidir. Bizim Erməınistanla normallaşmanın əldə olunması istiqamətində səmimiyyətimizi hamı görür. Ermənistan tərəfi bilsin və unutmasın ki, bizim Azərbaycandan fərqli istədiyimiz bir şey yoxdur. Biz barış istəyirik. Azərbaycanın öz torpaqlarında tam nəzarəti bərpa etməsi vacibdir.

Azərbaycan bu əraziləri bərpa etmək inkişaf etdirmək istəyir, bu ərazilərdə yaşayan ermənilərə “buyurun, gəlin bütün haqlarınızı istifadə edəcəksiniz” deyir. Azərbaycan hərtərəfli sülh sazişi təklif edir. Bundan artıq Azərbaycan nə etsin? Azərbaycan tək istəyi torpaqlarını geri almaq idi, aldıqdan sonra indi isə tək istəyi davamlı sülhdür”.

Xarici işlər naziri həmçinin, qeyd etdi ki, Azərbaycanın 44 günlük müharibədəki hərbi zəfərindən sonra Türkiyə Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinin tərəfdarıdır: “Cənubi Qafqazda sabitlik yalnız Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən sonra mümkün ola bilər. Azərbaycan artıq bu istiqamətdə təkliflə çıxış edib. Azərbaycan və Ermənistan XİN başçılarının Brüssel görüşü zamanı sözügedən istiqamətdə fəaliyyətin qurulmasına dair danışıqlar aparıldı. İki ölkə arasında sərhəd komissiyaları yaradıldı.
Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Zəngəzur dəhlizi məsələsinə diqqət çəkdikdə Ermənistan tərəfi narahat olmağa başlayır. Bütün bu məsələlər sənin özünün imza atdığın üçtərəfli bəyanatda öz əksini tapıb. Sən bölgədə, həqiqətən, sülh və əməkdaşlıq istəyirsənmi? Üstəlik, anlaşmaya görə, Rusiya sülhməramlı kontingentinin bölgəyə daxil olması ilə bərabər, Ermənistan hərbçiləri oranı tərk etməli idilər. Amma iki il keçib və hələ də orada erməni əsgərlər var”.

Mövlud Çavuşoğlu xatırlatdı ki, xüsusi nümayəndələrin vəzifəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin mərhələləli şəkildə normallaşmasıdır: “İndiyədək etimad mühitini təmin edən bəzi addımlar atılıb. Amma bu prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik. Cənubi Qafqazdakı əsaslı sabitlik həmin dövlətlərin imzaladığı müqavilə nəticəsində təmin ola bilər. Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir”.

Oxu.az - Müdafiə Nazirliyi növbəti erməni yalanını ifşa etdi

Azərbaycan tarixi torpaqlarını işğaldan azad etdikdən sonra həll edilməli digər vacib məsələ ərazilərin minalardan təmizlənməsidir. Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, Laçın rayonu ərazisində dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən avqustun 15-dən bu günədək 1318 ədəd 2021-ci ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib: “Avqust ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 1275 ədəd piyada əleyhinə, 16 ədəd tank əleyhinə və 281 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 1428 hektar ərazi tam təmizlənib.

Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 25760 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7434 ədəd piyada əleyhinə, 2207 ədəd tank əleyhinə və 9911 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib”.

Səbinə Əliyeva danışdı - Yenilənib

Bu məlumat açıqlandıqdan sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarımızın minalanması məsələsi ilə bağlı çağırış edib: “Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir. İğaldan azad edilmiş Azərbaycan ərazilərində mina qurbanlarının sayı artmaqda davam edir. Uzun illər ərzində Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarımızın minalanması nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də Laçın rayonu ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Təəssüf ki, Ermənistan tərəfindən işğal dövründə basdırılmış tank və piyada əleyhinə minaların dəqiq xəritələrinin verilməməsi bu cür ağır nəticələrə gətirib çıxarır.

Azərbaycanın sülh quruculuğu üçün zəruri olan addımları atmağa hazır olduğunu dəfələrlə nümayiş etdirdiyi postmüharibə dövründə Ermənistan tərəfinin insanların həyatı üçün birbaşa təhlükə yaradan bu laqeyd münasibətini qınayır, cinayətlərin törədilməsində məsul şəxslərin məsuliyyətə cəlb olunması, eyni zamanda Azərbaycan tərəfinə kompensasiya ödənilməsi ilə əlaqədar tədbirlər görməyə və bir daha beynəlxalq ictimaiyyəti bu mövzu ilə əlaqədar qəti çağırışlar etməyə səsləyirik”.

Laçın şəhəri, Zabux və Sus kəndləri tezliklə öz doğmalarını qarşılayacaq  Xalqqazeti.com

Siyasi və hərbi müstəvidə mübarizənin davam etdiyi bir zamanda İrəvanda Respublika meydanında, Ermənistan hökumət binasının qarşısında Azərbaycana təhvil verilməli olan Laçın, Zabux və Sus yaşayış məntəqələrinə dəstək aksiyası keçirilib. Etirazçılar “öz torpaqlarında hüquqlarını” müdafiə edəcəklərini bəyan ediblər.

Onlar hakimiyyətdən erməni yaşayış məntəqələrinin təslim etməməyi tələb ediblər. Avqustun əvvəllində separatçı rejimin rəhbərliyi bildirmişdi ki, Azərbaycan tərəfi rus sülhməramlıları vasitəsilə Qarabağla Ermənistan arasında yeni marşrut üzrə əlaqəninin təşkil edilməsini tələb edib. Laçın dəhlizində yerləşən icmaların sakinlərinə məlumat verilib ki, avqustun 25-dən sonra bu ərazidə rus sülhməramlıları olmayacaq, ona görə də yaxın bir neçə gün ərzində onlar evlərini tərk etməlidirlər.

Nigar HƏSƏNLİ