16 Oktyabr 2024

Lənkəranda evdən 4470 manatlıq oğurluq edilib

Lənkəranda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Media1.aza Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, narkotik vasitə ilə tutulan M.Qasımlının ətrafında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir evdən 4 470 manat dəyərində televizor, noutbuk, 2 ədəd planşet, mobil telefon və məişət əşyaları oğurlaması da müəyyən edilib.