Lənkəranda dəhşət: oğul anasını bıçaqlayıb
Lənkəranda oğul anasını bıçaqlayıb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lənkəran şəhəri Rövşən Bayramov küçəsi 29 ünvanında baş verib.
Belə ki, 1948-ci il təvəllüdlü Rəisə Əzizova bədəninin müxtəlif yerlərində kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin R.Əzizovanın oğlu tərəfindən ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.