09 Dekabr 2022

KTMT-nin yeni baş katibi bəlli oldu

“İmanqali Tasmaqambetov 2023-cü ildən KTMT-nin baş katibi olacaq”.

Media1.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, yaxın üç ildə KTMT-nin baş katibi vəzifəsini Qazaxıstan təmsilçisi İmanqali Tasmaqambetov icra edəcək.

Qeyd edək ki, İ.Tasmaqambetov 2002-ci ildə Qazaxıstanın baş naziri, 2003-cü ildə isə dövlət katibi, 2014-cü ildə müdafiə naziri, 2016-cı ildə isə baş nazirin müavini təyin edilib. 2017-2019-cu illərdə Qazaxıstanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.