KTMT missiyası Ermənistanda yerləşdirilə bilər
“KTMT missiyası tez zamanda Ermənistanda yerləşdirilə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya XİN Aİ-nin Ermənistan-Azərbaycan sərhədində iki illik missiya yerləşdirməsi barədə qərarı ilə bağlı bəyanatını şərh edib:
“İrəvana KTMT missiyasının göndərilməsi istiqamətində işi sona çatdırmadan Aİ-nin xeyrinə seçim etməyi üstün tutduqlarını müşahidə edirik”.
“Əgər erməni müttəfiqlərimiz KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”, – deyə XİN-nin açıqlamasında qeyd olunub.