Kommunal idarələrin adətkarda xidməti fəaliyyəti-Bərdədə
Bərdə rayonunda kommunal idarələrin fəaliyyəti yerli sakinlərin narazılığı ilə müşahidə olunur. Zibilin vaxtlı-vaxtında götürülmədiyinə görə Bərdə şəhər MİS-i , işıqların tez-tez açılmasına görə Bərdə Elektrik Şəbəkə tənqid hədəfinə çevrilir. Bərdə rayon sakini Teymur Ağasoy özünün facebook səhifəsində Bərdə şəhər MİS-i dəfələrlə yarıtmazlıqda, laqeyidlikdə günahlandırıb. Bərdədə elektrikin dayandırılması , Heydər Əliyev prospektində içıqların sönməsi barədə sosial şəbəkələrdə paylaşımlara rast gəlinir.
Bərdədə qazın verilməsində aparılan müşahidələr də ürək açan deyil. Tez-tez qazın verilməsində fasilələr yaranır.Nəzərə alaq ki, qış fəslində qazın verilməsindəki kəsilmələr mənzillərin soyumasına səbəb olur. Nəticədə insanlar sağlamlığını itirir. Xüsusilə uşaq və yaşlılar qazın verilməsindəki dayanmalarda daha çox əziyyət çəkirlər.
Ümid edək ki, Bərdədəki kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətindəki tənqidi fikirlər yuxarı səlahiyyətli qrumların nəzərindən qaçmayacaq. Bərdəliləri narazı salan fəaliyyətə son qoyulacaq. Əhalinin fasiləsiz və keyfiyyətli kommunal xidmətlərdən yararlanması təmin ediləcək.