19 Aprel 2024

Kiyev şəhəri boşaldılır?

Hazırda Kiyev sakinlərinin şəhərdən təxliyəsi barədə danışmaq üçün heç bir əsas yoxdur, vəziyyət nəzarət altındadır.

Media1.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Kiyev şəhər administrasiyasının bələdiyyə təhlükəsizlik departamentinin direktoru Roman Tkaçuk deyib.

“Paytaxtda hər şey nəzarət altındadır və hələ ki, fövqəladə vəziyyətdən danışmaq üçün heç bir əsas yoxdur. Təxliyədən danışmaq üçün hələ heç bir əsas yoxdur. Bəli, biz müxtəlif planlar hazırlayır, insanlara reaksiya verməyi və hazır olmağı öyrədirik. Bu, xaosun qarşısını almaq üçün çox vacib addımdır”, – Tkaçuk bildirib.

Qeyd edək ki, daha əvvəl “Nyu York Tayms” qəzeti Kiyevdə elektrik enerjisinin tamamilə kəsiləcəyi təqdirdə şəhər sakinlərinin tam təxliyəsinin planlaşdırıldığı barədə məlumat yaymışdı.