29 Mart 2024

KİV: “Ukrayna indiyədək işğal altındakı ərazilərin yarısını azad edib”


Ukrayna müharibə başlayandan indiyədək Rusiyanın işğal etdiyi ərazilərin 50 faizini geri qaytara bilib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq OSİNT mərkəzinin analitiki Def Mon qeyd edib.

Mərkəz həmçinin müvafiq xəritəni tirajlayıb.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna Baş Qərargahının məlumatına görə, indiyədək Rusiyanın 76 mindən çox hərbçisi məhv edilib.