08 Sentyabr 2024

Kişilərə giriş qadağandır: Dünyada yalnız qadınlar üçün qurulan ilk kənd FOTOLAR

Umoja kəndi qadınların kişi təzyiqi olmadan, etibarlı bir həyat sürə biləcəkləri yerdir …

Təəssüf ki, dünyanın bir çox yerində qadınlar şiddət və təcavüzə məruz qalırlar. Xüsusilə bəzi üçüncü dünya ölkələrində qadınlara qarşı zorakılığa görə cəzalar belə verilmir. Hətta qadınlara təcavüz edildikdə, yenə onlar günahkar olur.

Əslində son illərdə bu mövzuda aparılan işlər ilə qadınların hüquqları bütün dünya üzrə təmin olunmağa çalışılır. Qanunların işləmədiyi və yaxud da olmadığı yerlərdə isə qadınların özləri mübarizə aparırlar. Eynilə Keniyada olduğu kimi. Keniyada kişi şiddətindən və təcavüzündən qaçan qadınlar Umoja adlı bir kənd qurublar. Bu kəndə kişilərin girməyi qəti qadağandır.

Bəs buradakı qadınlar necə yaşayırlar? Umoja kəndi nə vaxt qurulub?

umoja köyü

Umoji kəndi Keniyanın paytaxtı Nayrobiyə 380 km uzaqlıqda olan Samburu əyalətində yerləşir. Samburuda qadınlarla ikinci dərəcəli insanlar kimi davranılır. Onların hər hansı bir mülkiyyətə sahib olmaları qadağandır, ərlərinin “mülkü” kimi görünürlər.

Digər tərəfdən burada gənc qızlar yaşlılarla məcburi evlənməyə, təcavüzə və məişət zorakılığına məruz qala bilərlər. Təcavüzə məruz qalan qadınlar ərləri tərəfindən “çirklənmiş” olduqları üçün tərk edilir.

umoja köyü

Bütün bu hadisələr görə, 1990-cı ildə Rebekka Lolosoli adlı bir qadın qadınlara qarşı zorakılıqdan və zorla evləndirilməkdən qaçanlar üçün 14 qadınla birlikdə bu kəndi qurublar.

Rebekka Lolosoli özü də şiddətə məruz qalan qadınlardan biridir. Bir qrup kişi tərəfindən döyüldükdən sonra xəstəxanada yatan zaman bu kəndin yaradılması fikrinə düşüb. Qadınlar kənddə əsasən 11 yaşınadək uşaqları ilə yaşayırlar. Samburu ənənəsində qadınlar yeniyetmə oğlanları ilə bir yerdə yaşaya bilməzlər. Buradakı qadınlar zərgərliklə, bilərzik və boyunbağı hazırlayıb satmaqla pul qazanırlar. Onların hazırladığı xüsusi əşyalar turistlərin diqqətini çəkir. Hər bir qadın kəndin ehtiyaclarını qarşılamaq üçün qazancının yüzdə onunu vergi olaraq bağışlayır.

umoja köyü

Umoja kəndi qadınların kişi təzyiqi olmadan etibarlı bir həyat sürə biləcəyi yerdir. Gənc yaşda evlənməyə məcbur edilən qızların və döyülən qadınların çoxalması ilə kənddəki qadın əhali də gündən-günə artır.

Kəndə evlərindən atılan qaçqınlar və qızlar da gəlir. Burada yetimlər, tərk edilmiş və HİV-ə yoluxmuş uşaqlar da böyüyür. 2005-ci ildə Umojada 30 qadın və 50 uşaq yaşayırdı. 2015-ci ilə bu rəqəmlər 47 qadın və 200 uşaq olaraq dəyişib. Uşaqların təhsil alması üçün kənddə bir ibtidai məktəb və bir uşaq bağçası da var. Hazırda Umoja dünyada qadınların üstünlük təşkil etdiyi cəmiyyətlərdən biridir.

umoja köyü

Kənd əhalisinin “geniş yoxsulluq səbəbi ilə qadınların güzəranını yaxşılaşdırmaq və ailələri tərəfindən tərk edilmiş qadın probleminə qarşı mübarizə aparmaq” kimi böyük hədəfləri var.

Turan Oruc
Musavat.com