29 Mart 2024

Kim Çen In qızını ilk dəfə ictimaiyyətə göstərib- FOTOLAR

Şimali Koreya lideri Kim Çen In qızını ilk dəfə ictimaiyyətə göstərib.

Azpost.info xəbər verir ki, bu barədə “Yonhap News” məlumat yayıb.

Məlumata görə, Kim Çen qızı və həyat yoldaşı ilə birlikdə “Hvason-17” qitələrarası ballistik raketinin sınaq buraxılışını izləyib.

Müvafiq kadrları Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb. Təxminən bir aydır ictimaiyyətdən uzaq olan Şimali Koreya lideri qızı ilə əl-ələ tutaraq raketin önündə gəzdiyi fotolarda yer alıb.