“Keşlə” Kamerun millisinin sabiq futbolçusu ilə müqavilə imzaladı
Mövsümün ikinci yarısına hazırlaşan “Keşlə” kamerunlu futbolçu Anatole Abanqı heyətinə qatıb.
“Report” xəbər verir ki, 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Son olaraq Moldovanın “Şerif” klubunda oynayan Abanq buna qədər Çinin “Nantoq”, ABŞ-ın “Nyu York Red Bulls”, Rumınıyanın “Astra”, Finlandiyanın SJK, Danimarkanın “Hobro” və Kamerunun “Reynbou” klublarında çıxış edib.
Həmçinin, Kamerun millisinin heyətində 6 matç keçirən forvardın aktivində 1 qol və 1 məhsuldar ötürmə var.