27 Avqust 2025

Kəlbəcərə qayıdış tarixi ədalətin bərpasıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri, yalnız bir rəsmi tədbir deyil, həm də milli iradənin, zəfərin və yenidənqurmanın canlı nümunəsi kimi yadda qaldı. Bu səfər çərçivəsində Prezident Kəlbəcərin yenidən salınmış “1-ci yaşayış kompleksi”nin açılışında iştirak etdi və ilk sakinlərə mənzillərinin açarlarını təqdim etdi. Bu tarixi gün illərlə işğal və məcburi köçkünlük həyatı yaşamış minlərlə insanın arzularının gerçəkləşdiyi an kimi qiymətləndirildi.

Kəlbəcər rayonu 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra bir güllə belə atılmadan, siyasi yolla geri qaytarılmışdı. Prezident bu faktı xüsusi vurğuladı və qeyd etdi ki, Azərbaycan ordusunun qazandığı hərbi-siyasi qələbə nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı və Kəlbəcəri boşaltdı. Bu, yalnız döyüş meydanında deyil, həm də diplomatik müstəvidə əldə olunan tarixi nailiyyət idi. Kəlbəcər rayonunda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verən dövlət başçısı bildirdi ki, hazırda birinci yaşayış kompleksi tam istifadəyə verilib və artıq sakinlər evlərinə yerləşirlər. Bununla yanaşı, ikinci, üçüncü və dördüncü komplekslərdə tikinti davam edir. Prezident qeyd etdi ki, bütün infrastruktur – yollar, elektrik, su, qaz xətləri, internet və digər xidmətlər tam şəkildə qurulur. Məktəb, tibb məntəqəsi, uşaq bağçası və digər sosial obyektlər də layihələndirilib və qısa zamanda istifadəyə veriləcək.

Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışı zamanı Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbədən bəhs edərək dedi ki, bu Zəfər sayəsində torpaqlar işğaldan azad olundu və Kəlbəcər bir güllə atılmadan geri qaytarıldı. Bu, hərbi-siyasi qələbənin nəticəsi idi. Dövlət başçısı vurğuladı ki, Ermənistanın onilliklər boyu aldığı hərbi yardımlar, qurduğu istehkamlar Azərbaycanın qarşısında dayana bilmədi. “Biz öz torpağımızı güc yolu ilə azad etdik, amma beynəlxalq hüquq çərçivəsində hərəkət etdik”, – deyə Prezident qeyd etdi.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə mütəmadi olaraq etdiyi səfərlər bu ərazilərdə aparılan iri miqyaslı bərpa və yenidənqurma işlərinin dövlətin xüsusi diqqətində saxlandığını göstərir və həyata keçirilən layihələrin ən yüksək keyfiyyətlə icrasını stimullaşdırır. Dövlət başçısının hər belə səfəri çox sayda təməlqoyma və açılış mərasimləri ilə əlamətdar olur. Bundan sonra həmin torpaqlarda, öz dədə-baba yurdlarında daim yaşayacaq insanlar üçün tikilən evlər, açılan obyekt və müəssisələr, yaradılan infrastruktur bir tərəfdən ölkəmizin iqtisadi gücünü, digər tərəfdən də xalqımızın yaradıcı ruhunu bütün dünyaya nümayiş etdirir.

Yeri gəlmişkən, qeyd edək ki, avqustun 21-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə etdikləri növbəti səfər çərçivəsində rayonun Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışını etdilər. Əlbəttə ki, bu hadisə ətraf ərazilərin elektrik enerjisi ilə fasiləsiz təchizatının həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident tərəfindən Kəlbəcərə daimi yaşamaq üçün qayıdan soydaşlarımıza şəhərin birinci yaşayış kompleksində yeni inşa olunmuş binalarda yerləşən mənzillərinin açarlarının təqdim olunması, eləcə də 3-cü və 4-cü yaşayış komplekslərinin təməlinin qoyulması Böyük Qayıdış dövlət proqramın

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı