21 Dekabr 2024

Kəlbəcər rayonunun Başkənd kəndi – FOTO

Kəlbəcər rayonunun Başkənd kəndi Murovdağ silsiləsinin ətəyində yerləşir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Başkənd kəndinin görüntülərini təqdim edir.