31 Yanvar 2023

Kainatın ən gözəl qadını o seçildi – FOTOLAR

ABŞ-ın Nyu Orlean şəhərində dünyanın ən mühüm gözəllik yarışmalarından biri olan “Miss Universe” müsabiqəsi baş tutub.

Media1.az xəbər verir ki, bu il 71-ci dəfə keçirilən “Kainat gözəli” müsabiqəsinə yekun vurulub.

Yarışma namizədlərin çıxışları, geyim seçimləri və verdikləri açıqlamalar ilə yadda qalıb. 

Rusiya üçün yarışan Anna Linnikova ölkəsi Ukraynaya müharibə elan etdiyi üçün hər cür beynəlxalq təşkilatlardan qovulub. Ukrayna adından müsabiqəyə qatılan Viktoriya Apanasenko isə sülh mələyini canlandırdığı qanadlı kostyumu ilə diqqət çəkib. Viktoriya Apanasenko “Kainat gözəli” müsabiqəsində “Karnavalın ruhu” mükafatına layiq görülüb.

Müsabiqədə ABŞ adından iştirak edən 28 yaşlı R’Bonney Gabriel birinci olub. Venesuelalı Amanda Dudamel ikinci, Dominikan Respublikasından Andreina Martinez isə üçüncü olub.