28 Mart 2024

Kadırovdan GÖZLƏNİLMƏZ BƏYANAT: “Vəzifədə çox qaldım, artıq getmək vaxtıdır”

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov qeyri-müəyyən müəyyən müddətə məzuniyyətə çıxmaq istədiyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” qəzeti məlumat yayıb.

“Bu gün mən Rusiya Federasiyasının vilayət rəhbərləri arasında ən uzunömürlü olduğumu öyrəndim. Vəzifədə çox uzun oturduğumu özüm də fərq etdim. Qeyri-müəyyən müddətə, uzun bir tətil haqqım olduğunu düşünürəm. Ümid edirəm ki, məni dəstəkləyəcək və başa düşəcəksiniz”, – deyə, Kadırov “Telegram”da müraciətində söyləyib.

Ramzan Kadırov müraciətində “qonaq nə qədər hörmətli olsa da, vaxtında getsə, daha xoşdur” çeçen atalar sözünü xatırladıb. Onun sözlərinə görə, “artıq vaxt gəlib çatıb”.

Qeyd edək ki, Ramzan Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir. 2011-ci ilə qədər respublikanın prezidenti olub, lakin sonradan bu vəzifə ləğv edilib.