Qadın sürücü illərdən bəridir ki, şəhərlərarası avtobus sürür

48 yaşlı Fatma Atabəy 9 ilə yaxındır ki, şəhərlərarası avtobus idarə edir. Daha çox kişi sənəti kimi qəbul olunan sürücülüyü özünə peşə edən Fatma Atabəy mövcud streotipə qarşı çıxaraq illərdir ki, sərnişinlərini təhlükəsiz şəraitdə,tam rahatlıqla mənzil başına çatdırır.
Saysız hesabsız məsafələr qət edərək şəhərlər dolaşan ,iki uşaq anası Fatma Atabəy şəxsində qadın sürücülərin daha çox yollarda olmasını arzulayır.
Fatma Şahin Atabəy, sürücülük peşəsinə başladığı hekayəni, sürücülük peşəsinin çətinliklərini ve bir qadın olarak uzun yol sürücülüyü ilə bağlı təəssüratlarını anladıb.

” Fərqli olmaq istəyirəm”
Çevrəsindəkilər Fatma Atabəyin avtotobüs sürücüsü olmaq fikrinə düşdüyünü biləndə əvvəlcə heyrətləniblər , onun bu fikrinə qarşı çıxıblar. Ancaq Fatma Atabəy onun bu istəyinə qarşı olan yaxınlarına belə deyib: “Minik avtomobillərindən hər kəs istifadə edir. Kişi ya qadın fərqi yoxdur.Mən fərqli olmaq , fərqlənmək istəyirəm”
Fatma Atabəy bu qəti qərarlılığı sayəsində az keçmir ki, anlayışla qarşılanır. Hətta ona qarşı çıxanlardan dəstək belə görmüş olur.

