28 Mart 2024

Jurnalistlərin VIII qurultayında bir sıra qərarlar qəbul edilib – YENİLƏNİB

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.

Media1.az-ın xəbərinə görə, toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.

Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada – Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

****


Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adı dəyişdirilir.

Media1.az-ın xəbərinə görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Jurnalistlərinin VIII qurultayında bildirib.

O qeyd edib ki, müasir çağırışlara uyğun olaraq qaydanın adı dəyişdirilir:

“Təklifə əsasən, qaydanın adı yeni versiyada – Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılacaq”.