İTV-nin Qarabağ üzrə müxbiri Şöhrət Eyvazova başsağlığı
Tanınmış jurnalist, İTV-nin Qarabağ üzrə bölgə müxbiri Şöhrət Eyvazovun ailəsinə ağır itgi üz verib. 1940-cı il təvəllüdlü anası Zəhra Musa qızı Eyvazova dünyasını dəyişib.
“17 iyun Eyvazovlar ailəsində ANA-lı (ZAZA-lı) son günümüzdü, Anamızı torpağa tapşırdıq, Ana Torpaq oldu…
Övladlarının və hətta nəvələrin də uğurlarının əsas səbəbkarı atam qədər, bəlkə də ondan çox Zazam (anamızı belə çağırırıq) olub. Bu şəkil onunla son fotomdur, azad olunan Talış kəndindən su gətirmişdim. – Ərəfsənin Turşsu bulağının suyuna bənzəyir, dedim. Söz verdim ki, Vətənindən – Zəngəzurdan, Sisyandan, Ərəfsədən də su gətirəcəm…. Gözləmədi, heyif… Eyvazovlar ailəsinin kədərinə şərik olanların hər birinə tək-tək deyə bilməsəm də, “sağ olun” deyirəm. Allah ölənlərinizə rəhmət eləsin.”-deyə Şöhrət Eyvazov Facebook üzərindən belə bir paylaşma edib.
Media1.az adından jurnalist həmkarımıza başsağlığımızı verir , Zəhra anamıza Allahdan rəhmət diləyirik.