28 Mart 2024

İstanbulda terror aktı: 4 ölü, 38 yaralı – YENİLƏNİB

Türkiyədə Radio və Televiziya Üst Şurası (RTÜK) İstanbulun Beyoğlu səmtində İstiqlal küçəsində baş verən partlayışla bağlı müvəqqəti yayım qadağası qoyulduğunu bildirib.

RTÜK sədri Ebubekir Şahin sosial şəbəkədə “müvəqqəti yayım qərarı”nın görüntüsünü paylaşıb.

O bildirib ki, İstanbulda baş verən partlayışla bağlı yayım qadağası qoyulub.

xxx

İstanbul Prokurorluğu “İstiqlal caddəsi” adlanan qədim və turistik küçədə baş vermiş partlayışı terror aktı kimi təsnif edib.

Hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə hələ ki, məlumat verilmir.İnsidentin təfərrüatı araşdırılır.

xxx

İstanbul, “İstiqlal caddəsi”ndə baş verən terror hadisəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.

Bu barədə İstanbul valisi Ali Yerlikaya özünün sosial media hesabında paylaşım edib.

Hadisənin terror aktı ola biləcəyi ehtimal edilir. 

xxx

Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.

Media1/az xəbər verir ki, partlayışın səbəbi hələlik məlum deyil.

Ölən və yaralananlar barədə də dəqiq məlumat yoxdur.