08 Sentyabr 2024

İsrailin PUA-sı Livanla sərhəd əraziyə düşüb

İsrailin müdafiə ordusuna məxsus pilotsuz uçuş aparatı fevralın 1-də Livanla sərhədə yaxın ərazidə düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun Mətbuat xidməti yayıb.

Bildirilib ki, PUA Livanla sərhəddə “mavi xətt” rayonunda əməliyyat uçuşu edirmiş. Məlumata görə, informasiya sızması yoxdur.

Livan “Hizbullah”ı PUA-nın onların döyüşçüləri tərəfindən vurulduğunu bildirib. Onlar pilotsuz uçuş aparatının Livanın Bleyda rayonunda “Hizbullah” döyüşçülərinin əlində olduğunu qeyd ediblər.