08 Sentyabr 2024

İsraildən DƏHŞƏTLİ zərbə – Çox sayda ölən və yaralanan var

Oktyabrın 7-dən blokadada olan Qəzza zolağına edilən hücumlarda həlak olan fələstinlilərin sayı son 24 saatda 165 nəfər artaraq 21 min 672-yə çatıb.

Musavat.com xəbər verir ki, bu məlumatı Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlamasında deyib.

O,  85 gündür davam edən İsrail – HƏMAS müharibəsi ilə bağlı məlumat verib.

Kudra qeyd edib ki, İsrail qüvvələri son 24 saat ərzində Qəzza zolağında daha 165 fələstinlini öldürüb, 250 nəfəri yaralayıb.

Səhiyyə Nazirliyinin sözçüsü İsrailin oktyabrın 7-dən Qəzzada həyata keçirdiyi hücumlarda həlak olan fələstinlilərin sayının 21 min 672, yaralıların sayının isə 56 min 165-ə yüksəldiyini qeyd edib.