20 Aprel 2024

“İsrail İrana qarşı müharibə elan etsə, Azərbaycan bunda birbaşa iştirak etməyəcək”

Şahin Cəfərli: “Ölkə rəhbərliyi prosesləri kənardan izləyəcək”

İran-Azərbaycan, habelə İran-İsrail münasibətlərindəki gərginliyin müharibə ilə nəticələnəcəyi Azərbaycan cəmiyyətində narahatlıq yaradır. Bu sözləri bu gün TV Müsavatın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatındakı “Dərin Təhlil” verilişində politoloq Şahin Cəfərli bildirib. Politoloqun fikrincə, Azərbaycan hər nə qədər İsraillə yaxın şəkildə münasibətləri inkişaf etdirsə də, İrana qarşı hərbi əməliyyat gündəmə gəldikdə, Azərbaycan birbaşa burda iştirak etməyəcək: “İlham Əliyevin bu yöndə siyasətini biliriik. Ehtiyatlı bir siyasətdir. Azərbaycanın bu müharibədə iştirakına imkan verməz. Eləcə də bu əməliyyatda Azərbaycan ərazisindən İrana zərbələr endirilməsi, eləcə də Azərbaycandan istifadə olunmasına da bizim rəhbərlik icazə verməyəcək. Mümkün qədər Azərbaycan rəhbərliyi proseslərdən kənarda dayanmağa çalışacaq və prosesləri kənardan izləyəcək. Proseslərin inkişafına uyğun olaraq Azərbaycan və Türkiyə proseslərlə bağlı öz mövqeyini ifadə edəcək”.

Hazırda canlı yayımlanan verilişlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz. 

https://www.youtube.com/embed/nL35KoWqHRc