20 Aprel 2024

İşləmək istəyənlərin NƏZƏRİNƏ

Xüsusilə bayramlardan sonra işə adaptasiya olunmaq çətinləşir.

Musavat.com “life.ru”ya istinadən sözün əsl mənasında işə qayıtmağın yollarını təqdim edir.

Əvvəlcədən hazırlıq

Psixoloq Aleksandr Aqraşenkov işə çıxmazdan əvvəl bayramı xatırlada biləcək bütün əşyaları evdən çıxarmağı məsləhət görür.

Bayram günlərini mərhələlərə bölün

Psixoloq Aleksandr Kloçkov hesab edir ki, bayramlar 3 hissəyə bölünməlidir. Birinci mərhələ – Yeni il təlaşı və Yeni il gecəsinin özü. Bu mərhələ yanvarın 2-də başa çatır. Yanvarın 3-dən isə ikinci mərhələ başlayır – dostlara və qohumlara baş çəkmək, spirtli içkilər və yeməklər.

“Tətilin bitməsinə 3 gün qalmış spirtli içkilərdən imtina edin. Bir neçə fərdi inkişaf təlimində və ya ailə təlimlərində iştirak edin. Bayramın 3-cü mərhələsində isə təbiətə çıxa bilərsiniz”, – A.Kloçkov qeyd edib.

Psixoloq Natalya Priymaçenko işə getmək istəmədiyiniz barədə daha az düşünməyi, həftə sonunun qalan hissəsindən daha çox həzz almağı və ondan istirahət etmək, yaxud yaxşı əhval-ruhiyyədə iş görmək üçün istifadə etməyi məsləhət görür.