İslandiya və Azərbaycanda “alın yazı”ları fərqinin günahı kimdədir?
Yazının əsas mövsusu TƏBİB və Səhiyyə Nazirliyinin üzərinə götürüb bacarmadığı işlərdir. Əslində bu həngamələri bir yazıya yerləşdirmək olmaz, amma deyirlər ki, “Dənizin dadın bilmək üçün hamısın içmək lazım deyil, bir damcısı yetər”.
Dünən axşam normadan artıq tempraturumun olması, bu gün səhər isə daha bir qrip əlamətinin mövcudluğu məni hər ehtimala qarşı “COVİD-19” testini verməyə sövq etdi. Amma, sən saydığın say, görək TƏBİB nə sayır?
Saat 10.53 də “Təcili yardım”ı yığdım. İnsaf üçün, tez götürdülər telefonu. Amma istəyimi bilən kimi, başqa nömrəyə zəng etməli olduğumu dedilər və lütf göstərərək həmin “sehirli” nömrəni mənə verdilər. Hər hansı qaynar xətt deyil, mobil nömrə olmasına etiraz elədikdə isə, “qayda”-nın belə olduğunu bildirdilər.
Əvvəlcə Səhiyyə Nazirliyi ilə əlaqə saxladım, dedilər ki, bu müraciəti TƏBİB-ə eləməyim lazımdır. İşin uzandığını görüb, “küsümüz qalsın şələni götürəndən sonraya” prinsipiylə həmin mobil nömrəni yığdım. Zəng çatmadı.
Məcbur qalıb, TƏBİB-in mətbuat bölməsini “narahat” eləməli oldum. Mobil nömrəyə zəngimin çatmadığını deyəndə, ərazidə fəaliyyət göstərən poliknikaya, sahə həkiminə müraciət etməli olduğumu məsləhət gördülər. Sahə həkiminin nömrəsini bilməməyimə elə təəcüüb etdilər ki, sanki, ayda bir dəfə sahə həkmi baxış keçirir, peyvəndləmə aparır və s. (Bəlkə də sənəd üzərindən belə fəaliyətlər aparılır, babal yuya bilmərəm)
Nəysə, şəxsi əlaqələrimdən istifadə edib, minnət-sünnətdən sonra “təcili yardım” nümayəndəsi “təcili” olmasa da gəlib çıxdı. Saat 12.30 idi, 2 saata yaxın vaxt keşmişdi.
8 saat sonra analizin nəticəsinin nə vaxt bilinəcyini soruşdum. Cavab TƏBİB-in bu gün mənə göstərdiyi “dəhşət və komediya” serialınına uyğun oldu: “Analizlər az olanda yığılır çoxalır, sonra Şəmkir laborotoriyasına göndərilir”. Yadıma koranovirus anaslizlərinin çox olduğu günlər düşdü, o vaxt deyirilər ki, cavabın gec çıxmağı müraciətlərin çox olmağındadır.
Əsl səbəbin məsuliyyətsilik, biganəlik olduğunu deyək mi?
Yazını yazmağa məni məcbur edən elə bu biganələkdir. Sabah gedəcək analizin cavabıda az azından 1 gün gec çıxacaq. Və o cavabın da nə qədər gecikəcəyini TƏBİB-dəkiləri demirəm, heç Allah da bilmir bəlkə də.
İndi gələk “Alın yazısı” məsələsinə. Bayaq əhvalımı soruşan bir dostuma dedim ki, “Alnımıza nə yazılıbsa, o olacaq”. Çox maraqlı cavab aldım, “Hər şeyi “alın yazısı”nın üstünə atmaq olmaz. Nədir, Allah İslandiyada yaşayanların alnına orta hesabla 81 il yaşamaq yazıb, azərbaycanlılara isə 73 il?”
(Bizim stasistikaya görə ölkəmizdə kişilərin orta yaş həddi belədir.)
Hər iki ölkənin statistik rəqəmləri doğrudursa belə, iqlim şəraiti İslandiyadan dəfələrlə gözəl olan (“11 iqlim tipindən 9-u bizdədir”, qürurunu xatırlayaq) 8 il az yaşamağımızın səbəbi nədir, görəsən?
“Alın yazısı” mövsununun əməliyytda xəstəni canını alan naşı həkmin, “avtoşluq” edib yoldan keçəni əzən xuliqanın atasının, biganəlik edib xaricə tibbi yoxlamaya getməyən hər birimizin bəhanəsi olduğunu nə vaxt etiraf edəcəyik?
İki il əvvəl qardaş Türkiyədə səfərdə olarkən bir dostum mənə mütləq orda tibbi analizlər verməli olduğumu bildirdi. Əsaslandırması isə, qəribəydi: “Bakının ən məşhur 2 klinikasında eyni gündə analiz vermişəm. Cavablar arasında çox böyük fərq olub”.
Sabah özəl klinikada test verəcəm. Həm cavabı tez öyrənmək, həm də cavablar fərqli olsa hər iki laborotoriyanı məhkəməyə vermək üçün.
Allahın da nə vaxtsa islandiyalara yazdığı ömürə yaxın “alın yazısı”ndan bizə də yazacağına inanıram. Nə vaxt?
Şöhrət Eyvazov, hərbi jurnalist