22 Dekabr 2024

İslamiada: Azərbaycan idmançıları bu gün 10 növdə yarışacaq

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 9-cu günə start veriləcək.

“Report”un məlumatına görə, bu gün Azərbaycan təmsilçiləri 11 idman növündə qüvvəsini sınayacaq.

Stend atıcılığı (kişilər və qadınlar)

10:00. Skeet reytinq atışları, kişilər: Fuad Qurbanov, Cavid Həsənov, Niyaz Ağazadə; Qadınlar: Nurlana Cəfərova, Rigina Meftəhəddinova, Sevda Nəcəfova

Ağırlıqqaldırma (kişilər və qadınlar, yarımfinal)

101:00. Qadınlar, A qrupu: Elnurə Abbasova (71 kq); 12:30. Kişilər, A qrupu: Kamran İsmayılov (89 kq); 16:00. Qadınlar, A qrupu: Anastasiya Moum (76 kq)

Voleybol (kişilər və qadınlar)

11:00. Kişilər: Azərbaycan – İran; 17:00. Qadınlar: Azərbaycan – İran

Üzgüçülük (kişilər və qadınlar)

11:00. Müxtəlif məsafələr

Aerobika gimnastikası (Kişilər və qadınlar, fərdi, finallar)

11:00. Qarışıq cütlük final və trio final: Vladimir Dolmatov, Mədinə Mustafayeva

Parastolüstü tennis

11:00. Şəxsi qadınlar: Dinarə Sunceleyeva

Qılıncoynatma (Qadınlar, şəxsi)

14:00. Təsnifat; 18:20. Yarımfinal; 19:30. Final; Anna Başta, Valeriya Bolçakova, Polina Kaspiroviç, Səbinə Kərimova

Bədii gimnastika (fərdi və komanda, finallar)

15:00. Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova; Qrup komandası

Həndbol (qadınlar, final)

16:00. Azərbaycan – Türkiyə

Basketbol 3×3 (Kişilər və qadınlar)

19:10. Qadınlar, C qrupu: Azərbaycan – Türkiyə; 20:35. Qırğızıstan – Azərbaycan

Qeyd edək ki, ilk 9 günün nəticəsinə əsasən Azərbaycan 13 qızıl, 15 gümüş və 15 bürünc medal qazanıb. Ölkə medal sıralamasında bu nəticə ilə 4-cü pillədə qərarlaşıb.