25 Aprel 2024

İsfahanda din xadimləri ermənilərin qəbirlərini ziyarət ediblər – FOTO

İranda yaşayan ermənilərin rəsmi mətbu orqanlarından olan “alikonline” saytının xəbərinə görə, Yeni ilin başlanması münasibəti ilə isfahanlı ruhanilər və elmi-dini hövzələrin rəhbərləri, xristian keşişlər, İsfahan və İranın cənubundakı Erməni Yeparxiyasının üzvləri və İsfahan Zərdüşt Cəmiyyətinin nümayəndələri İran-İraq müharibəsində öldürülən ermənilərin məzarlarını ziyarət ediblər.

Media1.az İran mediasına istinadən xəbər verir ki, mərasimə qatılan müsəlman din xadimlərindən biri deyib: “Bizə dini hövzələr, kilsələr, Erməni Yeparxiyası, zərdüştilər və yəhudilər arasında davamlı əlaqə lazımdır”.

İsfahan Erməni Şəhidləri Təşkilatının rəhbəri Zare Qaraxanyan da İran-İraq savaşında İsfahandan 6 erməninin öldürüldüyünü deyib.

Qeyd edək ki, indiyədək Qarabağda, Xocalıda şəhid olan Azərbaycan müsəlmanlarına bir dəfə də olsun anım mərasimi keçirməyən İran mollaları nədənsə ermənilərə xoş gəlmək üçün dəridən-qabıqdan çıxırlar.