İsa Qəmbərin xanımı elmlər doktoru oldu – FOTO

Tarixçi alim Aida Qəmbər Ali Attestasiya Komissuyasının qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
Turkustan.az-ın məlumatına görə, bu barədə xəbəri Aida Qəmbərin özü ictimailəşdirib.
Qeyd edək ki, Aida Qəmbər 1993-cü ildən BDU-nun Tarix fakültəsidə Asiya və Afrika ölkələri tarixi kafedrasının baş müəllim, dosent vəzifəsində işləyir.
O, 1984-ci il – “İraqın BƏƏS partiyasi: ideologiya və siyasəti (1952-1963-ci illər)” adlı namizədlik dissertasiyası müdafiə edib.
2004-cü ildə isə “İraqın xarici siyasəti (1968-2000-ci illər)” adlı doktorluq dissertasiyasını müzakirəyə təqdim edib. Dissertasiya işinin Ali Attestasiya Komissiyasına təqdim edilməsindən təxminən 18 il sonra – bu gün Aida Qəmbərə tarix elmləri doktoru elmi dərəcəsi verilib.
O, bunu gecikmiş qərar kimi qiymətləndirsə də, sevincini gizlətməyərək sosial şəbəkədə paylaşım edib.
A.Qəmbər 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub və oranı fərqlənmə diplomu ilə bitirib.
1977-1980-ci illərdə İraq Respublikasında ərəb dili tərcüməçisi işləyib.
1980-1993-cü illərdə MEA Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb.
1980-1984-cü illərdə SSRİ EA-nin Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub .
1993-cü ildən BDU-nun Tarix fakültəsində çalışır.
50-dən çox məqalənin, bir neçə monoqrafiyanın, dərs və metodik vəsaitlərin , proqramların müəllifidir.
Aida Qəmbəır Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin həyat yoldaşıdır. /Modern.az/

