21 Noyabr 2024

İrəvan təsdiqlədi: Bakının tələbini yerinə yetirir – Konstitusiya bu tarixdə dəyişdiriləcək

Ermənistanda konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Bu barədə jurnalistlərə ədliyyə naziri Qriqor Minasyan bildirib.

Müddətlər ilkin olaraq konstitusiya islahatı komissiyasının işçi müzakirələri zamanı müəyyən edilib.

Nazirin qeyd edib ki, kompleks sənəd üzərində hələ ətraflı iş görülməlidir və ictimai müzakirələr aparılacaq.

Onun sözlərinə görə, əvvəlcə mövcud Konstitusiyaya dəyişikliklərinin edilməsi, yoxsa yeni əsas qanunun qəbul edilməsi ilə bağlı mübahisələr olub və sonda ikinci variant üzərində dayanıblar.

“Biz müzakirə etdik və konsensusa gəldik – bizə konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya lazımdır”, – Minasyan qeyd edib.

Nazir əlavə edib ki, komissiyanın işçi iclaslarında Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi məsələsi müzakirə olunmayıb, İstiqlal Bəyannaməsinə istinadın çıxarılması məsələsinə də baxılmayıb.

Hazırda əsas diqqət sabit parlament çoxluğu mövzusuna yönəlib və konstitusiya islahatlarının təşəbbüskarları bu normanı gələcək Konstitusiyada təsbit etmək istəyirlər.

Fakt budur ki, Ermənistanın yeni Konstitusiyası tələbi Azərbaycan tərəfindən irəli sürülüb. Hazırkı Konstitusiyada 1990-cı il avqustun 23-də qəbul edilmiş İstiqlal Bəyannaməsinə istinad edilir. Bəyannamədə Ermənistan Respublikası və Dağlıq Qarabağın birləşdirilməsi haqqında bənd var. Bakı İrəvanı ərazi iddialarında ittiham edir. (Publika.az)