29 Mart 2024

İranın Türkiyədəki səfirliyi: “Yanlış anlama aradan qaldırılıb”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə iranlı həmkarı Cavad Zərif arasında keçirilən telefon danışığında son dövrlərdə yaşanmış yanlış anlama aradan qaldırılıb.

Bu barədə İranın Türkiyədəki səfirliyinin “Twitter” hesabında qeyd edilib.

“Tərəflər iki ölkə arasındakı münasibətlərin gücləndirilməsi və genişləndirilməsinin önəmini vurğulayıb”, – deyə İran səfirliyindən bildirilib.