21 Noyabr 2024

İranda qar uçqunu nəticəsində 10-dan çox insan həlak olub

Tehran yaxınlığında dağda baş vermiş qar uçqunu nəticəsində 10-dan çox insan həlak olub.

AZƏRTAC xəbər verir ki, xilasedicilər ölənlərin sayının artacağını istisna etmirlər.

Bu saata qədər dağlıq ərazidə 11 cəsəd tapılıb, daha bir nəfər isə xəstəxanada ölüb.

Qeyd edək ki, son günlər İranda hava şəraiti pisləşib. Çovğun daha da güclənib, güclü külək əsir və qar yağır.