25 Aprel 2024

İranda molla rejimi axırıncı yola əl atır – Gənc qızların zəhərlənməsi haqqında ŞOK FAKTLAR

“İranın 31 vilayətindən azı 30 məktəbdə zəhərlənmə hallarının qeydə alındığı bildirilir”

Molla rejimi İranda insan haqlarını pozmaqda, sui-qəsdlər törətməkdə davam edir.

Son məlumatlara görə rejim gizli agentləri vasitəsilə qız məktəblərində zəhərli qazdan istifadə edərək onları zəhərləməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Güney Azərbaycan Milli Oyanış Hərəkatının vitse-prezidenti və İran eksperti Elyar Türker paylaşım edib.

Məlumatda qeyd olunur ki, oktyabr ayında başlayan etiraz aksiyalarında qız tələbələrin ön sıralarda olduğunu görən İran rejimi onların təhsilini əngəlləməyə çalışır.

296707447_609301620764472_2529667232992832215_n (1).jpg (100 KB)

Elyar Türker

Qeyd edək ki, İranın ayrı-ayrı şəhərlərində 1 600-dən çox tələbə qız naməlum qazdan zəhərlənib. Onlardan 29-u xəstəxanada müalicə olunur, digər tələbələrin müalicəsi isə ambulator şəraitdə davam etdirilir. Son 3 ayda Qum, Burucerdi, Tehran və Ərdəbil şəhərlərində 71-dən çox məktəbdə 1 600-dən çox tələbə qız zəhərlənib.İran parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyx ölkə üzrə ümumilikdə 1 657 qız tələbənin zəhərləndiyini bildirib.

İranda yeni etiraz aksiyaları – Kütləvi zəhərlənmə... – Özəl - Aktual TV

“İndiyə qədər Qum şəhərində 799, Burucerdi şəhərində 400, Tehranda 350, Ərdəbildə isə 108 tələbə qız zəhərlənib”,-deyə Zəhra Şeyx bildirib. 

Zəhərlənmə hallarının yüngül keçdiyini qeyd edən Zəhra Şeyxi tələbələrin yalnız başgicəllənmə və yorğunluq əlamətləri ilə xəstəxanaya aparıldığını, zəhərlənmənin panika yaratmaması lazım olduğunu bildirib.

İran mediasında və sosial şəbəkələrdə də yayılan xəbərlərə görə, bu gün Təbriz, Zəncan, Urmiyə, Xalxal, Germi, Meşginşəhr, Marağa, Əbhar və Xürrəmdərə şəhərlərində qız şagirdlər məktəblərdə zəhərlənib.

İranın yeni prezidenti İbrahim Rəisi kimdir?


Məsələ ilə bağlı İran İslam Respublikası prezidenti İbrahim Rəisi də danışıb. O, ölkədə yüzlərlə məktəbli qızın zəhərlənməsində “düşmənlərin” işi olduğunu kəşfiyyat və daxili işlər nazirinə bu məsələni araşdırmaq üçün tapşırıq etdiyini açıqlamışdı.

BMT-nin Cenevrədəki insan hüqquqları ofisi, həmçinin ABŞ və Almaniya İran hökumətini qızların şübhəli zəhərlənməsi ilə bağlı obyektiv təhqiqat aparmağa çağırıblar.

BMT-nin ŞOK HESABATI AÇIQLANDI - » Gundeminfo.azİranın hüquq fəalları iddia edirlər ki, tələbə qızların kütləvi zəhərlənməsi 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra başlayan etiraz nümayişlərinə görə qisas aktı ola bilər. ABŞ-da yaşayan iranlı fəal Məsih Əlinecad isə deyib ki, hakimiyyət hicab və rejim əleyhinə nümayişlərdə iştirak edənlərə qarşı bioloji silah tətbiq edir.

İranın məşhur sünni ruhanisi Mövləvi Əbdülhəmid də bu insidentlərlə bağlı tviter səhifəsində bəyanat yayıb. O qeyd edib ki, Qum və Burucərdi şəhərlərində tələbə qızların kütləvi zəhərlənməsi aktları insanlığa və İslama qarşı törədilən cinayətdir.
İranda məktəbli qızların kütləvi zəhərlənməsi ilə bağlı etirazlar başlayıb

Bildirək ki, sözügedən zəhərləmə faktları ilə bağlı Tehranda vanlideynlər Təhsil Nazirliyinin binası qarşısında mitinq keçiriblər. Eyni zamanda digər şəhərlərdə də aksiyalar keçirilib. Məktəbli qızlar ürəkbulanma və baş ağrılarından şikayətlənirlər. Naməlum maddənin qurbanları arasında artıq yüzlərlə şagird var. İranın 31 vilayətindən azı 30 məktəbdə zəhərlənmə hallarının qeydə alındığı bildirilir.

Musavat.com