19 Aprel 2024

İrana görə BMT-nin xüsusi sessiyası çağırılacaq

“İran rejiminin cinayətlərinin araşdırılması üçün BMT-nin İnsan Haqları Komitəsinin xüsusi sessiyasının çağırılması planlaşdırılır”.

Media1.az “Report”a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts tviterdə yayımladığı həftəlik videomüraciətində bildirib.

Onun sözlərinə görə, İran BMT-nin üzvüdür və üzərinə insan hüquqlarının qorunması öhdəliyi götürüb.

Kansler əlavə edib ki, rəsmi Berlin İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) və siyasi rəhbərliyə təzyiqləri artırmaqda davam edəcək.

Qeyd edək ki, İranın hərbi-polis qüvvələri “əxlaq polisi” tərəfindən saxlanılan Məhsa Əmininin ölümü ilə əlaqədar etirazlarda iştirak edən 50-si uşaq olmaqla 330 nəfəri qətlə yetirib. Aksiyalarda 15 092 nəfər tutulub. Onların 1 954-nün kimliyi və saxlanıldığı yer məlum deyil. Həbs olunanların 440-ı isə tələbədir.