02 Avqust 2025

İqtisadi Əməkdaşlıq Təşkilatının işində Azərbaycanın mövqeyi

1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” adı ilə yaradılan təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adını alaraq fəaliyyətini daha da genişləndirib. ECO-ya üzv olduqdan sonrakı illər ərzində Azərbaycan təşkilatın fəal iştirakçılarından birinə çevrilib, üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa müvəffəq olub.

Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürmüşdür. Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib.

Prezident İlham Əliyevin tədbirdə çıxışı Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunu və liderliyini bir daha nümayiş etdirdi. Xankəndidə keçirilən bu Zirvə Görüşü Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında sabitlik və inkişaf üçün vacib bir aktora çevrildiyini sübut etdi. Təkcə iqtisadi deyil, eyni zamanda siyasi və geostrateji baxımdan Azərbaycanın rolu getdikcə güclənir. Prezident qeyd etdi ki, Azərbaycan bundan sonra da İƏT çərçivəsində regional və beynəlxalq əməkdaşlığa fəal dəstək verəcək və qarşılıqlı maraqlara əsaslanan layihələrə öncüllük edəcək.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı