İlhamiyyə Rza TƏBİB-i topa tutdu: Bacarmırsınız?
Tanınmış telejurnalist İlhamiyyə Rza icbari TƏBİB-in nəzarətində olan tibbi sığorta ilə bağlı üzləşdiyi problem haqqında öz sosial şəbəkə hesabında paylaşım edib. Jurnalist anasının səhhətində yaranmış problemlə bağlı dövlət xəstəxanasına üz tutduğunu və icbari sığorta əsasında tibb xidmətindən yararlana bilmədiyini, TƏBİB-in nəzarətində olan sistemin yararsızlığını vurğulayıb. Məşhur telehurnalist yazıb:
“Dünən dözülməz istidə, 85 yaşlı, xəstə anamla, Şəhər Klinik Xəstəxanaya getdim ki, ömrü boyu çalışmış, 40 illik əmək stajı olan anamı dövlət hesabına MRT -dən keçirdim. Bilməyənlərə deyim ki, özəl klinikada bir nahiyə 170 manatdır. Anamın 3 nahiyədə problemi var. Dedim, nə olar ki, dünya dağılmaz, dövlət hesabına birini edərik. Niyə birini? Çünki İcbari Sığorta ancaq birini qarşılayır. “Əla” məntiqdir, nəysə ki, sözüm bunda deyil. Getdik, onurğası uzun illərdir osteoparoz nəticəsində deformasiya olmuş, sinirləri sıxılaraq dözülməz ağrıdan əziyyətçəkən anamla həmin bu MRT-nin birini almağa. Əvvəl növbə- qəbula yazılmaq üçün, sonra növbə-qəbula düşmək üçün, sonra növbə-rentgenə düşmək üçün, sonra növbə -rentgen nəticələrini neyrocərraha göstərmək üçün, sonra yenidən karkağızı yığıb gedirsən TƏBİB-ə ki, qərar versinlər, sənə MRT düşür, ya yox. Hərəsi də bir korpusda. Deyirlər , gözlə, qərar verək, sabah deyəcəyik. Sabah açılır, xəbər gəlir ki, bu diaqnozla MRT yə göndəriş düşmür. Maraqlıdır, bəs hansı diaqnozla düşür? Söhbət onurğanın kompressiv sınıqlarından gedir haaa….
Ayy TƏBİB, deyirsən “paraşut yoxdur”, birdəfəlik de ki, vermirəm də”.
Jurnalist onlayn və elektron növbənin təşkil edilmədiyini və əyləşmək üçün nəzərdə tutulmuş oturacaqların sayının az olması ilə bağlı iradını da bildirib.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, rentgeni aşkarlamaq üçün lentiniz niyə yoxdur ki? Pulunuz çatmır? İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi onlayn və ya elektron (yerində-banklarda, mobil rabitə filiallarında olduğu kimi) növbəni niyə təşkil etmirsiniz? Bacarmırsınız? Canlı növbə daha harda işlənir ki, sizdən başqa?İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkim qəbullarında canlı növbə olan yerlərdə niyə oturacaqlar kifayət qədər deyil? 6 adam oturur 25-30 nəfər ayaqüstə. Hamısı xəstə, yaşlı, canı ağrıyan. Niyə də, niyə?”
Ayan Rzayeva