İlham Əliyevdən Mübariz Qurbanlı ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə bağlı Sərəncam imzalayıb.
Media1.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mübariz Qəhrəman oğlu Qurbanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün M.Qurbanlının 70 yaşı tamam olur.