22 Dekabr 2024

İlham Əliyev sədrlik etdiyi Qoşulmama Hərəkatını gücləndirir

Hərəkatın Parlament Şəbəkəsi təsis edilir

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Tahanla görüşündə maraqlı bir informasiyanı bölüşüb. Prezident bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə də sıx əməkdaşlıq edir. Bununla əlaqədar dövlətimizin başçısı bugünlərdə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis ediləcəyini məmnunluqla vurğulayıb.

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan hərəkat  konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edir. Prosedura görə, Azərbaycanın sədrlik müddəti 2022-ci ildə bitməlidir, lakin hərəkata üzv dövlətlərin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadıldı.

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Bu qərar Azərbaycanın və Azərbaycan lideri İlham Əliyevin qlobal nüfuzundan qaynaqlanır. Və təbii ki, bu nüfuz Prezident İlham Əliyevin Azərbaycanın hərəkata sədrliyi dövründə həyata keçirdiyi siyasətin nəticəsində əldə olunub. İndi isə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsi də bunun göstəricisi hesab oluna bilər.

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi başlayandan keçən müddətdə bu beynəlxalq təşkilatın nüfuzu artıb: “Azərbaycanın bir çox qlobal əhəmiyyətli beynəlxalq təşəbbüslərlə çıxış etməsi və həmin təşəbbüslərin reallaşdırılması Qoşulmama Hərəkatının dünyada nüfuzuna ciddi təsir göstərib.

Aydın Hüseynov: Dövlət başçısının sərəncamı yeni sosial paket hesab edilə  bilər - "İki sahil"

Aydın Hüseynov 

Qoşulmama Hərəkatının təməlində sülh və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb. Qısa müddət ərzində ölkəmiz hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb və bu təşkilatın nüfuzuna da ciddi töhfələr verib.  2019-2023-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib. 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının təmas qrupu ölkələrinin zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülmüş və 2020-ci il mayın 4-də həmin tədbir təşkil olunmuşdur. Təmas qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn zirvə görüşündə BMT-nin baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak edib.

Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də xüsusi sessiya baş tutub.

BMT Baş Assambleyası haqqında nələri bilmək lazımdır

Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub. Dünyada koronavirus pandemiyası dövründə ən aktiv işlək beynəlxalq təşkilatlardan biri Qoşulmama Hərəkatı oldu. Bu dövrdə Azərbaycan bu quruma sədrlik etdi və edir.

Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Burada da Azərbaycanın uğurlu sədrliyinin önəmli təsiri olub”.

Deputat vurğuladı ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsi də bu beynəlxalq təşkilatın güclənməkdə olduğunun və fəaliyyətinin əhatə dairəsinin genişlənməsinin təzahürüdür: “Parlament Şəbəkəsinin yaradılmasının bu təşkilatın nüfuzunu daha da artıracağına şübhə yoxdur. Bu addım quruma üzv olan dövlətlərin parlamentləri arasında əlaqələri, əməkdaşlığı artıracaq. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsinin də məhz Azərbaycanın sədrliyi dövründə baş verməsi bizim üçün əhəmiyyətlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”