08 Sentyabr 2024

İlham Əliyev Fransa XİN-in dövlət katibini qəbul edib

Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanı qəbul edib.

AYNA xəbər verir ki, dövlət katibi Jan Batist Lömuan dörd il əvvəl Azərbaycana səfərini və Bakıda Fransız-Azərbaycan Universiteti – UFAZ-ın yeni tədris binasının açılışında iştirakını məmnunluqla xatırlayıb.

Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan-Fransa əlaqələrinin gündəliyinə toxunulub. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.