22 Dekabr 2024

İki Lider, birbaşa dialoq və BRICS-in yeni reallıqları

Musavat.com -un yenidən təqdim etdiyi bu fotolar çox şeyi ifadə edir. İlham Əliyevin Nikol Paşinyanla görüşdəki davranışına nəzər yetirsək, onun olduqca məmnun olduğunu görmək olar. Nikol Paşinyan isə nisbətən ehtiyatlı və daha az rahat görünür…

Ən maraqlı məqam ondan ibarətdir ki, BRICS sammitində Ermənistan və Azərbaycan liderləri bir-birinə yaxın əyləşiblər. Aralarındakı münasibətlər tədricən istiləşir, əlaqələr mehribanlaşır…

Bu görüntülər, eyni zamanda, Ermənistan və Azərbaycan cəmiyyətlərinə də bir mesaj verir. Bu mesajın mənası isə belədir: vəziyyət düşündüyünüz qədər dramatik deyil…

Qərbə meyilli Ermənistanın, Qərbə qarşı mövqe tutan BRICS-də iştirak etməsi olduqca təəccüblüdür. Bu isə həm də onu göstərir ki, Paşinyan özü də Qərbə tam etibar etmir…

Musavat.com -a görə bu fotolar, eyni zamanda, bir neçə ildir İlham Əliyevin təklif etdiyi formatın ifadəsidir: aramıza kimsə girməsin, özümüz oturaq, danışaq. Bunu bacarırıq və bacarmalıyıq.
Ağıllı ol, Paşinyan…