11 Yanvar 2025

İki dozadan sonra antitel yaranmayan şəxslərə üçüncü doza vaksin vurulması müzakirə olunur

Nəzrin Mustafayeva “COVID-19 və peyvəndlər” mövzusunda çıxış edib

“İki dozadan sonra antitel yaranmayan şəxslərə üçüncü doza vaksin vurulması aktiv müzakirə olunur”.Media1.az-ın məlumatına görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19 və peyvəndlər” mövzusunda çıxışında deyib.

O bildirib ki, bu, ÜST tərəfindən təsdiq almayıb: “Bu ilin sonunda bununla bağlı təsdiq alındıqdan sonra üçüncü doza tətbiq oluna bilər”.